9 May atəşkəsi kağız üzərində qaldı? – Ukraynadan iddia
Ukrayna Rusiyanın elan etdiyi atəşkəsə əməl etmədiyini bildirib.
Patrulaz.az “The Times of İsrael”ə istinadən xəbər verir ki, Rusiya tərəfi gecə yarısından başlayaraq üç günlük atəşkəs elan etsə də, Ukrayna ordusu cəbhənin bir neçə istiqamətində hücumların davam etdiyini açıqlayıb.
Ukraynanın hərbi sözçüsü Viktor Trehubov: “Rusiya qoşunları gecə yarısından dərhal sonra bir neçə bölgəyə hərbi hücumlar təşkil edib. Onlar atəşkəsə riayət etmir”, – deyə o qeyd edib.
Ukrayna Baş Qərargahının məlumatına görə, gecə saat 22:00-a olan vəziyyətə əsasən, cəbhə boyunca 139 döyüş toqquşması qeydə alınıb. Bu rəqəm səhər saat 8-ə olan məlumata görə 196-ya çatıb.
Qeyd edək ki, Moskva bu atəşkəsi 9 May – Rusiyada Qələbə Günü münasibətilə elan etdiyini açıqlamışdı. Lakin baş verən hadisələr göstərir ki, atəşkəs cəbhədə real olaraq qüvvədə deyil.
Gülbəniz Səfərova