media-345ab36d-9408-4fd1-8f75-99c3166cba67

ABŞ və Çin arasında gedən gömrük rüsumları müharibəsində müsbət addım atılıb.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, ABŞ 145 faiz səviyyəsindəki gömrük rüsumları ilə bağlı danışıqlar aparmaq üçün bir çox kanallar vasitəsilə Pekinlə əlaqə yaradıb.
ABŞ prezidenti Donald Tramp 2 aprel tarixində verdiyi açıqlamada ticarət tərəfdaşlarına tətbiq ediləcək yeni gömrük rüsumlarını elan etmişdi. Tramp əsas tarif dərəcəsinin 10 faiz olacağını bildirmiş, lakin bir çox ölkəyə qarşılıqlı əlavə tariflərin fərqli səviyyələrdə tətbiq ediləcəyini qeyd etmişdi. Göstərilən reaksiyalar üzərinə qarşılıqlı əlavə rüsumları 90 gün müddətinə dayandıran Tramp, Çin məhsullarına tətbiq olunan tarif dərəcəsini isə 145 faizə yüksəltmişdi. Pekin rəhbərliyi Trampın bu addımına cavab olaraq ABŞ məhsullarına 125 faiz rüsum tətbiq etmişdi. Son vaxtlar Tramp administrasiyasının digər ölkələrlə apardığı ticarət danışıqları çərçivəsində tərəfdaşlarına Çinlə ticarətlərini məhdudlaşdırmaları üçün təzyiq göstərəcəyi iddiaları da gündəmə gəlmişdi.
Tramp keçən cümə günü verdiyi açıqlamada Çinlə gömrük rüsumları barədə razılığa gəlmək üçün danışıqlar apardığını və Çin dövlət başçısı Si Tszinpin-in onu şəxsən axtardığını söyləmişdi. Lakin Pekin bu cür danışıqların aparıldığını dəfələrlə təkzib etmiş və Vaşinqtonu “ictimaiyyəti aldatmaqda” ittiham etmişdi. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Cziakun da dünənki açıqlamasında, “Mənim bildiyimə görə, Çin ilə ABŞ arasında gömrük rüsumları ilə bağlı heç bir istişarə və ya danışıqlar aparılmayıb” deyə bildirmişdi.

Ləman Sərraf 


Bənzər xəbərlər