ABŞ-də 15 nəfəri daşıyan təyyarə qəzaya uğradı - VİDEO
ABŞ-nin Nyu-Cersi ştatında paraşütlə tullanma üçün nəzərdə tutulan təyyarə qəzaya uğrayıb.
Patrulaz.az “CNN”ə istinala xəbər verir ki, hadisə zamanı göyərtədə 15 nəfər olub. Onlardan 14-ü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, “Cessna 208B” tipli təyyarə yerli vaxtla saat 17:30 radələrində (Bakı vaxtı ilə saat 2:30) “Cross Keys” hava limanında uçuş-enmə zolağından çıxaraq yaxınlıqdakı meşə ərazisinə çırpılıb. Pilot mühərrikin nasazlığı barədə məlumat verdikdən sonra təcili eniş etməyə cəhd etsə də, buna nail ola bilməyib.
Təyyarənin yanacaq sızdırması səbəbindən sərnişinlər hadisə yerində zərərsizləşdirildikdən sonra tibbi müəssisələrə aparılıb.
Helikopterdən çəkilən görüntülərdə yaralıların meşəlik ərazidən təxliyə edildiyi əks olunub.
Hazırda qəza ilə bağlı araşdırma aparılır.
Gülbəniz Səfərova