media-836052bc-c52d-4682-88c1-b1f24e7f75bd

Avropa İttifaqı sosial media platforması “TikTok”-a tarixi cəza tətbiq edib.

Patrulaz.az “Milliyet”ə istinadən xəbər verir ki, Avropa İttifaqındakı istifadəçilərin şəxsi məlumatlarının Çində, Avropadakı qədər yaxşı qorunmadığını və xüsusilə Pekin rəhbərliyinin mümkün müdaxiləsinə qarşı yetərli təminat verə bilmədiyini sübut edə bilməyən “TikTok”, cümə günü Aİ tərəfindən 530 milyon avro məbləğində cərimələnib.
Avropa Birliyi adından İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) tərəfindən aparılan araşdırma zamanı, Çin şirkətinə məxsus bu güclü platforma əvvəlki inkarlarına baxmayaraq, Avropalı istifadəçi məlumatlarını Çində saxladığını da etiraf edib.

Ləman Sərraf


Bənzər xəbərlər