media-47323239-46c3-4a16-a07d-1fa59b6cc623

Bakıda yolun ortasında dayanan avtomobil nəqliyyatın hərəkətinə maneə yaradıb.

Bakının Ağ şəhər ərazisində “Toyota” markalı avtomobilin yolun ortasında dayanması digər nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradıb.

Patrul.az.az-a daxil olan məlumata görə, hadisə “Landau School”un qarşısında baş verib. 77-NT-207 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil yolun ortasında dayanaraq nəqliyyatın sərbəst hərəkətinə imkan verməyib.

Görüntülərdə də göründüyü kimi, sürücülər dəfələrlə səs siqnalı ilə xəbərdarlıq etsələr də, avtomobilin sürücüsü hərəkətə gəlməyib.

Qeyd edək ki, hadisə anı ərazidə olan vətəndaşlardan biri tərəfindən lentə alınıb və görüntülərdə sürücünün xəbərdarlıqlara məhəl qoymadığı açıq şəkildə görünür.

Gülbəniz Səfərova


Bənzər xəbərlər