Borcu olanlara görə digər sakinlərin də hüquqları pozulur
Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev 156 ünvanında yaşayanlara mühüm xəbərdarlıq edilib.
Patrulaz.az-ın məlumatına görə, kommunal borcu olanlara görə binanın ümumi suyu kəsiləcək, liftlər isə işləməyəcək.
Bina sakinləri borcunu vaxtında ödəməyənlərə qarşı tədbir görülməsi ilə razılaşsalar da, bunu hər kəsə tətbiq etməyin ədalətsiz olduğunu düşünürlər.
Bir vətəndaş bildirib ki, o, bütün borclarını vaxtında ödəyir, lakin yenə də suyunun kəsilməsi və liftin işləməməsi ilə bağlı narahatlıq keçirir. Həmçinin, binada iki liftin olduğunu, lakin yalnız birinin işlədiyini qeyd edərək, borclu şəxslərin cəzalandırılmasının borcunu ödəyənlərin də hüquqlarının pozulmasına gətirib çıxardığını vurğulayıb.
Aidiyyatı qurumlardan xahiş olunur ki, bu məsələ ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün tədbir görülsün. Hər kəsin borcunu ödəməsi vacibdir, lakin bu, bütün insanların xidmətlərdən eyni şəkildə istifadə etməsinə mane olmamalıdır.