Bu gün 131 nömrəli marşrut xətti işləməyib - VİDEO
“Vişnyovka” kimi tanınan ərazidə 131 nömrəli avtobus yol şəraitinin pis olması səbəbindən işləmir.
Patrulaz.az xəbər verir ki, yolun buzlu olması avtobusdan istifadə edən sakinlərin təhlükəsizliyini risk altına alır, buna görə sərnişinlər alternativ nəqliyyat vasitələri axtarmağa məcbur olurlar. Bəzi vətəndaşlar, avtobusların bu halda işləməməsini düzgün qərar hesab edirlər, çünki buzlu yolda avtobus idarə etmək və sərnişin daşımaq ciddi təhlükə yarada bilər. Digər tərəfdən isə sakinlər, avtobusların yenidən fəaliyyətə başlaması üçün yolun vəziyyətinin yaxşılaşmasını gözləyirlər.