media-0b119aba-d50b-4616-8067-1f1a41caf743

Afrikanın ən sıx əhalisi olan ölkəsi Nigeriya, rəqəmsal texnologiyaları təhsil sisteminə inteqrasiya edərək ölkə üzrə milyonlarla uşağa keyfiyyətli və bərabərhüquqlu təhsil təqdim etməyi hədəfləyir.

Patrulaz.az “Milliyet”ə istinadən xəbər verir ki, paytaxt Abucada keçirilən Beynəlxalq Ağıllı Təhsil Konfransı (ICSE 2025), Afrikada rəqəmsal transformasiya və innovativ təhsil həlləri mövzusunda beynəlxalq tərəfdaşları bir araya gətirib.
Konfransda Təhsil Naziri Maruf Tunji Alausa, Təhsildən məsul Dövlət Naziri Suwaiba Said Ahmed, xarici missiya nümayəndələri və çoxsaylı dəvətli iştirak edib. 
Alausa konfransdan sonra verdiyi açıqlamada bildirib ki, Nigeriyada rəqəmsallaşma və süni intellekt əsaslı tətbiqlər qarşıdakı dövrdə təhsil siyasətinin mərkəzində yer alacaq.
Nigeriyanın təhsildə rəqəmsallaşma yolunu sürətləndirdiklərini deyən Alausa, “Bu ağıllı təhsil və rəqəmsal savadlılıq konfransıdır. Biz də nazirlik olaraq bu texnologiyalardan istifadə etməklə ölkədəki bütün uşaqlara bərabər və keyfiyyətli təhsil imkanı yaratmağı qarşıya məqsəd qoymuşuq,” – deyə qeyd edib.
Alausa, Nigeriyada 18 milyondan çox məktəbə getməyən uşaq olduğunu və ibtidai sinif şagirdlərinin 70%-nin əsas oxu-yazı və riyaziyyat bacarıqlarına malik olmadığını vurğulayaraq, problemin texnologiya ilə həll olunacağını bildirib.

Ləman Sərraf


Bənzər xəbərlər