media-0_featureimage

Böyük Britaniyada bir sutkada 30 000-dən çox ildırım hadisəsi qeydə alınıb. 

Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, Britaniyada kəskin hava şəraiti və şiddətli, çoxsaylı ildırım çaxması ilə əlaqədar ölkə fırtına və daşqın təhlükəsi ilə üz-üzə qalıb.

İyunun 13-ü tarixində saat 6-ya qədər ildırımlar əsasən dəniz üzərində çaxsa da, şiddətli yağışlar xüsusilə cənub-şərqdə yerləşən Kent bölgəsində ciddi daşqınlara səbəb olub. Rəsmilər tufanın təsir dairəsinin geniş olduğunu, şimal, cənub-qərb İngiltərə, Uels və Şotlandiyanın bir çox hissəsini əhatə etdiyini bildiriblər.

Qeyd edək ki, Böyük Britaniyada 30 mindən çox ildırımın bir gün ərzində çaxması nadirən rast gəlinən haldır. Adətən burada ildırım aktivliyi daha az olur

Gülbəniz Səfərova

media-440b6530-48ea-11f0-88b6-f383c2f74c05-1 media-endirme media-31ced650-48fd-11f0-91b3-ed326fc37f34-jpg


Bənzər xəbərlər