Çində torpaq sürüşməsi: 2 nəfər ölüb, 19 nəfər itkin düşüb
Çinin cənub-qərbindəki Quizhou şəhərində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Çin səlahiyyətliləri torpaq sürüşməsi nəticəsində 2 nəfərin həyatını itirdiyini, 19 nəfərin isə itkin düşdüyünü açıqlayıb. Çinli axtarış-xilasetmə qrupları ilə yanaşı əsgərlərin də olduğu 400 nəfərlik bir qrupun axtarış işlərini davam etdirdiyi bildirilərkən, Qingyang kəndində 8 evdən 19 nəfərin evlərində qapalı qaldığı qed olunub.