media-tecnost-za-ispiranje-usta

Gözəl və bəyaz bir təbəssüm müasir estetik standartların əsas şərtlərindən biri hesab olunur. Lakin ev şəraitində, stomatoloq nəzarəti olmadan istifadə edilən diş ağardıcı gellər, pastalar və xüsusi lentlər çox vaxt gözlənilməz və ciddi diş problemlərinə yol açır.

Patrul.az-ın apardığı araşdırmalar göstərir ki, bazarda sürətli bəyazlıq vəd edən bir çox məhsulun tərkibində yüksək dozada hidrogen-peroksid və aqressiv aşındırıcı maddələr mövcuddur. Mütəxəssislərin rəyinə əsasən, bu kimyəvi komponentlər dişin qoruyucu minasını nazildir və geri dönməz şəkildə zədələyir. Nəticədə dişlərdə kəskin həssaslıq yaranır, diş ətlərində kimyəvi yanıqlar meydana gəlir və mina qatı korlandığı üçün dişlər gələcəkdə rəng piqmentlərini daha tez udmağa başlayır.

Sağlamlığınızı riskə atmamaq üçün ağardıcı prosedurlardan mütləq stomatoloq müayinəsindən və ağız boşluğunun ümumi analizindən sonra istifadə edilməlidir.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər