media-db6o8cd_dubai-fire_625x300_14_june_25

Dubayda 67 mərtəbəli binada güclü yanğın baş verib.

Patrulaz.az “NDTV”yə istinadən xəbər verir ki, Dubayın Marina bölgəsində yerləşən 67 mərtbəli “Pinnacle” adlı binada gecə saatlarında baş verən güclü yanğın 3800 nəfərin təxliyə olunmasına səbəb olub.

Məlumata görə, 764 mənzilli binadan 3 820 sakin 6 saatlıq əməliyyatla təxliyə olunub. Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, “Pələng Qülləsi” adı ilə tanınan “Marina Pinnacle”də bu, ilk yanğın hadisəsi deyil. 2015-ci ilin mayında binanın 47-ci mərtəbəsində mətbəxdə baş verən yanğın bir mərtəbə yuxarıya qədər yayılmış, lakin vaxtında müdaxilə nəticəsində söndürülmüşdü.

Gülbəniz Səfərova 

 


Bənzər xəbərlər