Ərdoğan: Türkiyə Cümhuriyyəti bu torpaqlardakı son dövlətimizdir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Türkiyə Cümhuriyyətinin dövlətçilik ənənələrinin davamçısı olduğunu vurğulayıb.
Patrul.az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan Osmanlı İmperiyasının varisi olan Türkiyə Cümhuriyyətinin bu torpaqlardakı son dövlət olaraq türk millətinin iradəsini təmsil etdiyini bildirib.
“Osmanlının yerini alan Türkiyə Cümhuriyyəti bu torpaqlardakı son dövlətimizdir. Türk milləti var olduqca dövlətimiz də varlığını davam etdirəcək. Osmanlı çinarı bayrağımızı yeddi iqlimdə qürurla dalğalandırdı”, – deyə Ərdoğan qeyd edib.
Türkiyə lideri çıxışında dövlətçilik ənənələrinin, milli birliyin və tarixi irsin qorunmasının vacibliyinə toxunaraq, ölkəsinin güclü dövlət anlayışı ilə inkişaf yolunu davam etdirəcəyini vurğulayıb.






