media-38de5a78-bbf1-4779-8d26-1ff204c49ec5

Bakı şəhərinin 7-ci mikrorayonunda, “Faxralı” restoranının qarşısında yolun vəziyyəti ciddi narahatlığa səbəb olur.

Sürücülər Patrulaz.az-a bildirirlər ki, bu ərazidə hərəkət etmək üçün qoşa xəttin tələbini pozmaq zərurəti yaranır. Yol boyu park edilmiş avtomobillər yolun ortasına çıxaraq sıxlıq yaradır. Bu vəziyyət, tıxacların yaranmasına və sürücülərin çətinliklərlə üzləşməsinə səbəb olur.
Vətəndaşlar yolun tənzimlənməsi və park etmə qaydalarına ciddi nəzarət olunmasını xahiş edirlər. Belə halların aradan qaldırılması, həm sürücülərin, həm də piyadaların təhlükəsizliyi üçün vacibdir.


Bənzər xəbərlər