media-img_6439

Filippinin Metro Manila bölgəsinin ən böyük şəhəri olan Quezon şəhərində “dang” qızdırması hallarında ciddi artım var.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin məlumatına görə, fevralın 24-nə şəhərdə 2500-dən çox hadisə aşkarlanıb. Bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 261,9 faiz artımdan xəbər verir.

İlin əvvəlindən ən azı 11 nəfər dünyasını dəyişdiyi halda, xəstələrin demək olar ki, yarısı 10 yaşa qədər uşaqlardır.

Epidemiya ilə mübarizə çərçivəsində yerli hakimiyyət orqanları aztəminatlı və əhalinin sıx məskunlaşdığı ərazilərdə və məktəblərdə təmizlik və dezinfeksiya işlərini gücləndirib. Bütün şəhərdə dezinfeksiya işləri davam edərkən, səhiyyə ocaqlarının iş saatları uzadılıb.


Bənzər xəbərlər