media-img_4260

8-ci kilometr qəsəbəsində yaşayan sakinlər yüksək səs çıxaran motosikletlərdən şikayətçidirlər.

Vətəndaşların Patrul.az-a bildirdiyinə görə, bəzi moto sürücüləri səsboğucuları  deşdirərək və əlavə səs avadanlıqları quraşdıraraq küçələrdə güclü səs-küy yaradırlar.

Şikayətçi Abazərli Pərviz bildirir ki, xüsusilə gecə saatlarında yaranan səs-küy sakinlərin rahatlığını ciddi şəkildə pozur:

“Gecəmiz-gündüzümüz yoxdur. Gecə saat 2-də, 3-də körpə uşaqlarımız yerlərindən dik atılırlar. Xahiş edirik ki, bu problem işıqlandırılsın və aidiyyəti qurumlar tədbir görsün”.

Günay Salayeva


Bənzər xəbərlər