media-fe6d0be4-18b6-4f8b-8073-c3fab724a0cd

Dünyanın ən böyük axtarış mühərriki, 200 milyard dollar gəlir qazandığı onlayn reklam bazarındakı monopoliya təhlükəsilə üzləşir.

Patrulaz.az “Milliyet”ə istinadən xəbər verir ki, federal məhkəmənin şirkətin iki onlayn reklam texnologiyası bazarına qanunsuz olaraq hökmranlıq etdiyini qərara almasının ardından ABŞ Ədliyyə Nazirliyi, “Alphabet Google”ın AdX reklam bazarını və reklam serveri DFP-ni satmasını təklif edib. Məhkəmə sənədində yer alan təklifi şərh edən ABŞ hökumətinin vəkili Culia Tarver Wood, “Google”ın fəaliyyətlərini dəyişəcəyinə dair verdiyi təminatların rədd edilməsini istədiyini bildirib. Wood, “Təkrarlanan bir monopoliya ilə olduğu kimi davranmaq problemi həll etmir” deyib.

Məhkəmə, Google və Ədliyyə Nazirliyinin şirkətin onlayn nəşr edənlər tərəfindən istifadə edilən reklam vasitələrindəki hökmranlığına dair mümkün həll təkliflərini dinlədikdən sonra, cümə günü sentyabr ayı üçün məhkəmə iclası təyin edib. Ədliyyə Nazirliyi, satılmalar da daxil olmaqla təklif olunan həllərin “Google”ın monopoliya qüvvələrini sona çatdırmaq və reklam birjası və nəşrçi reklam serveri bazarlarında rəqabəti bərpa etmək üçün vacib olduğunu bildirib.

Ləman Sərraf


Bənzər xəbərlər