media-inshot_20250614_232945194

İranın paytaxtı Tehranda İsrailin hava zərbələrinə baxmayaraq, on minlərlə insan Qədir-Xum bayramı münasibətilə təşkil edilən mərasimlərdə iştirak ediblər.

Patrulaz.az xəbər verir ki, İRNA agentliyinin məlumatına əsasən, şəhər sakinləri “10 kilometrlik Qədir şənliyi” adı ilə tanınan tədbir çərçivəsində küçələrə çıxaraq yürüş ediblər.

Mərasim zamanı yürüş iştirakçıları İsrailin hava hücumları nəticəsində həlak olanları da yad ediblər.

Xatırladaq ki, İsrail iyunun 13-də gecə saatlarında Tehran da daxil olmaqla İranın bir neçə şəhərinə hava zərbələri endirib.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər