media-d939d746-bd04-4e4d-9dff-e411d235d8ef

İsrailin Qəzzadakı əməliyyatları genişləndirməsi planı səbəbindən HƏMAS atəşkəs və girov razılaşması üzrə danışıqlarda iştirak etməyəcəyini bildirib.

Patrulaz.az “BBC”yə istinadla xəbər verir ki, HƏMAS rəsmisi Bassem Naim İsrailin Qəzzada “aclıq müharibəsi” adlandırılan əməliyyatları davam etdirdiyi halda atəşkəs təkliflərinin mənasız olduğunu deyib. O bildirib ki, İsrailin Qəzzanı işğal niyyəti varsa, danışıqlar vaxt itkisidir.

İsrail isə bildirib ki, hücumun əsas məqsədi girovların azad edilməsi və HƏMAS-ın tam məğlubiyyətidir.

Rəsmilərin sözlərinə görə, əməliyyat ABŞ Prezidenti Donald Trampın bölgəyə səfərindən sonra başlanacaq.

Qeyd edək ki, BMT, Britaniya və Fransa İsrailin Qəzzayla bağlı planlarını pisləyib. Baş Katibi Antonio Quterreş isə xəbərdarlıq edərək bildirib ki, genişmiqyaslı hücum minlərlə mülki şəxsin ölümünə və Qəzzanın tamamilə dağılmasına səbəb ola bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər