media-4c9868e9-bf60-49ba-87cd-7fd4bd25fc74

Hindistanın “Sindoor əməliyyatı” çərçivəsində Pakistan və Kəşmirə hava zərbələri endirməsi regiondakı gərginliyi pik həddə çatdırıb.

Patrulaz.az “Xarici KİV”ə istinadən xəbər verir ki, hücumlar nəticəsində hər iki tərəfdən ümumilikdə 40-dan çox insan həlak olub.

Pakistan müdafiə naziri Xavaca Asif qarşıdurma davam edərsə, nüvə müharibəsinin başlaya biləcəyi barədə xəbərdarlıq edib. Baş nazir Şehbaz Şərif isə Hindistanın hücumlarını “müharibə aktı” adlandıraraq, ciddi cavab veriləcəyini bildirib.

Qeyd edək ki, BMT, ABŞ və Çin tərəfləri təmkinli olmağa çağırıb. Çünki “Nüvə müharibəsi”nin başlaması təhlükəsi onları ciddi şəkildə narahat edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər