İran prezidenti elektrik enerjisi və təbii qazın kəsilməsinə görə iş adamlarından üzr istəyib
İran prezidenti Məsud Pezeşkian ölkədəki enerji probleminə görə iş adamlarından üzr istəyib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Pezeşkian paytaxt Tehranda “İqtisadiyyat aktyorları, sahibkarlar və sənayeçilər” adlı konfransda iş adamlarına müraciət edib. Pezeşkiyan əvvəla elektrik və təbii qazı bir müddət kəsdikləri üçün üzr istəyib. Bu cür problemlərin bir daha yaşanmaması üçün çalışdıqlarını qeyd edib.
Yerli və xarici investorlarla birlikdə külək və günəş enerjisindən istifadə edərək ölkədəki enerji problemini həll etməyi planlaşdırdıqlarını ifadə edən Pezeşkiyan sənaye müəssisələrinin də günəş panelləri quraşdıraraq ehtiyac duyduqları elektrik enerjisini təmin edə biləcəyini bildirdi.