İran və ABŞ arasında nüvə danışıqlarının növbəti raundu başlayacaq
İran və ABŞ arasında danışıqların növbəti raundunun bu həftəsonu baş tutması gözlənilir.
Patrulaz.az “Reuters”ə istinadən xəbər verir ki, İran və ABŞ arasında dayandırılmış nüvə danışıqları həftə sonu Omanın paytaxtı Maskatda yenidən başlayacaq.
Bu barədə “Nournews” nəşrindən məlumat yayılıb. Nəşr adı açıqlanmayan bir mənbəyə istinadən danışıqların mayın 11-də keçirilmə ehtimalının olduğunu bildirib.
Danışıqların dördüncü mərhələsinin əvvəlcə mayın 3-də Romada keçirilməsi planlaşdırılsa da, vasitəçi Omanla bağlı logistik səbəblərə görə təxirə salınıb.
Həmçinin Rusiya Vladimir Putin ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığına dair məlumat da yayıb.
Putin bildirib ki, Rusiya İran və ABŞ arasında ədalətli razılaşmanın əldə olunmasına dəstək verməyə hazırdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2015-ci ildə imzalanmış nüvə sazişindən ölkəsini çıxarıb. O, administrasiyası ilə razılıq əldə olunmasa, İranı hərbi yolla hədələyəcəyini bildirmişdi.
Qərb ölkələri isə İranı nüvə proqramını gizli şəkildə silah istehsalına yönəltməkdə ittiham edir. Lakin Tehran bu proqramın yalnız dinc və mülki məqsədlər üçün nəzərdə tutulduğunu vurğulayır.
Qeyd edək ki, tərəflər arasında aparılan danışıqların məqsədi İran və ABŞ arasında gərginliyi azaltmaq və diplomatik əlaqələri yenidən qurmaqdır.
Gülbəniz Səfərova