İranda 60 yaşlı xəstənin mədəsindən 47 bolt çıxarılıb
İranın Əlborz əyalətinin Kərəc şəhərində 60 yaşlı xəstənin mədəsindən 47 metal boltun çıxarıldığı aşkarlanıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Əlborz Tibb Elmləri Universitetinin müəllimi Dr. Muhsin Recebniya məsələ ilə bağlı açıqlama verib. Kərəc şəhərində 60 yaşlı xəstənin mədəsindən 47 metal boltun çıxarıldığını bildirən Rəcəbniyə bunu nadir hadisə kimi qiymətləndirib.
Xəstənin mədəsindən boltların əməliyyata ehtiyac olmadan endoskopik üsulla çıxarıldığını qeyd edən Recebniya xəstənin ümumi vəziyyətinin yaxşı olduğunu və tezliklə evə buraxılacağını bildirib.
Sözügedən xəstənin metal boltları necə udduğuna dair heç bir məlumat verilməyib.