media-img_20250613_230557_081

İran İsrailə qarşı cavab hücumlarının dördüncü raundunu başladıb.

Patrulaz.az “Mehr News Agency”ə istinadən xəbər verir ki, İsrail mediasının məlumatına görə, İran bu dəfə də işğal olunmuş ərazilərdə yerləşən İsrail hədəflərini raket atəşinə tutub. Həmin məlumatlarda bildirilir ki, xüsusilə ölkənin şimalında yerləşən Hayfa şəhərində güclü partlayış səsləri eşidilib. Hücumlar nəticəsində Fələstinin şimalında xəbərdarlıq sirenləri işə düşüb.

Qeyd edək ki, hücumlar zamanı Fələstinin bir neçə bölgəsində elektrik enerjisinin kəsildiyi bildirilir.

Xatırladaq ki, İran iyunun 13-də İsrailin hücumlarına cavab olaraq Qüds və Təl-Əviv-ə raket zərbələri endirib.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər