media-inshot_20250701_104137937

Tehranda partlayış baş verib.

Patrulaz.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, İranın paytaxtı Tehranda baş verən partlayış nəticəsində bir neçə nəfər, o cümlədən qadınlar və uşaqlar yaralanıb.

Hadisə iyunun 30-da axşam saatlarında, yerli vaxtla saat 21:20-dən 21:45-dək Tehranın Beheşti qəsəbəsi yaxınlığında qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, əvvəlcə güclü partlayış səsləri və zenit qurğularından açılan atəş eşidilib.

İlkin mərhələdə şəhərə yaxın ərazidə pilotsuz uçuş aparatı və ya raket hədəfə alınıb. Az sonra isə hava hücumundan müdafiə sisteminin səhvən atdığı zenit mərmisinin şəhər ərazisinə düşərək partladığı bildirilir.

Nəticədə bir neçə mülki vətəndaş, əsasən qadın və uşaqlar yaralanıb. Hadisə yerinə beş təcili tibbi yardım maşını cəlb olunub, yaralılar xəstəxanaya yerləşdirilib. Partlayış zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

İran rəsmiləri hələlik insidentlə bağlı rəsmi açıqlama verməyib.

Hadisənin səbəbləri araşdırılır.

media-img_20250701_103648_647 media-img_20250701_103648_955 media-img_20250701_103649_039 media-img_20250701_103648_416

Gülbəniz Səfərova


Bənzər xəbərlər