İranın xarici işlər naziri: ABŞ ilə razılığa gəlmək mümkündür
İranın xarici işlər naziri Abbas Arakçi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın paytaxtı Moskvada görüşüb. İki nazir görüşdən sonra birgə mətbuat konfransında açıqlamalar verib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, nazirlərin gündəliyinə ABŞ və İran arasında sabah İtaliyanın paytaxtı Romada keçiriləcək nüvə müzakirələri də daxil edilib.
Ötən şənbə günü Omanda ABŞ ilə aparılan dolayı danışıqlara toxunan Arakçi, danışıqların ilk mərhələsində qarşı tərəfin ciddiliyini gördüklərini, İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyinin mümkün olduğunu bildirdi.
Rusiyanın xarici işlər naziri Lavrov da İranın nüvə tərksilah sazişi çərçivəsində razılığa gəlməyə hazır olduğunu və Rusiyanın bu mövzuda kömək edəcək istənilən rolu öz üzərinə götürə biləcəyini bəyan edib.
Lavrovla görüşündə Arakçi Tehran və Moskvanın qlobal hadisələrə oxşar baxışlara malik olduğunu vurğulayıb: “Rusiya və Moskvanın yanaşmaları münasibətlərinin tarixi boyu heç vaxt bu qədər yaxın və güclü olmayıb” – deyə, o bildirib.