media-2903150

Kərkük Beynəlxalq Hava Limanına raket hücumu olub.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, İraqın Kərkük şəhərində yerləşən Kərkük Beynəlxalq Hava Limanına raket hücumu həyata keçirilib.

Kərkük Beynəlxalq Hava Limanı Administrasiyasının yaydığı açıqlamaya görə, yerli vaxtla saat 23:30 radələrində mənşəyi məlum olmayan üç raket hava limanı ərazisinə düşüb. Raketlərdən ikisi hava limanının hərbi hissəsinə, biri isə mülki əraziyə düşüb. Mülki əraziyə düşən raket çəmənlikdə yanğına səbəb olub. Yanğın hava limanının yanğınsöndürmə briqadası tərəfindən dərhal söndürülüb.

Hadisə nəticəsində bir nəfərin yüngül xəsarət aldığı, hava limanının uçuş-enmə zolağı və digər obyektlərinə isə heç bir ziyan dəymədiyi bildirilib.

Kərkük Polis İdarəsindən adının açıqlanmasını istəməyən mənbənin məlumatına görə, raketlərdən biri şəhərin Urube rayonuna düşüb. Raketin bir evin damına düşdüyü, nəticədə evə maddi ziyan dəydiyi, lakin insan tələfatının olmadığı qeyd olunub.

Hazırda hücumun kim tərəfindən həyata keçirildiyi ilə bağlı araşdırma aparılır.


Bənzər xəbərlər