İsrail: Daha çox məhbus azad edilərsə, atəşkəs müddətini uzatmağa hazırıq
İsrailin xarici işlər naziri Gideon Saar daha çox məhbusun azad edilməsi müqabilində Qəzzada atəşkəsin birinci mərhələsini uzatmağa hazır olduqlarını bəyan edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail daha çox məhbusun azad edilməsi müqabilində Qəzzada atəşkəsi uzatmağa hazır olduğunu açıqlayıb.
İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, Saar Qərbi Qüdsdə Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə mətbuat konfransı keçirib.
Mətbuat konfransında Qəzzada atəşkəs razılaşmasına işarə edən Saar, daha çox israilli məhbusun sərbəst buraxılması müqabilində razılaşmanın birinci mərhələsinin müddətini uzatmağa hazır olduqlarını bildirib.