İsrail İran vətəndaşlarına çağırış etdi
İsrail Müdafiə Qüvvələri İranda silah fabrikləri və ya anbarlarının yaxınlığında yaşayan iranlıları evlərini tərk etməyə çağırıb.
Patrulaz.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Aviçai Adrai məlumat verib.
“Təhlükəsizliyiniz üçün sizdən bu əraziləri dərhal tərk etmənizi və növbəti bildiriş gələnə qədər geri qayıtmamanızı xahiş edirik”, – məlumatda bildirilib.
Bundan əvvəl CNN məlumatlı mənbələrə istinadən xəbər vermişdi ki, İsrailin İrana qarşı hərbi əməliyyatı bir neçə həftə davam edəcək.