media-israil-dron

İsrailin İranın strateji enerji obyektlərindən biri olan Cənubi Pars qaz kompleksinə hava hücumu təşkil etdiyi iddia olunur.

Patrulaz.az “Mehr News Agency”ə istinadən xəbər verir ki, hücum iyunun 14-də axşam saatlarında Cənubi Pars qaz yatağının 14-cü fazasına mikro hava vasitələri, yəni pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib. Məlumata görə, zərbə nəticəsində kompleksin bəzi hissələrində yanğın baş verib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları alovun yayılmasının qarşısını almağa çalışır. İlkin məlumatlara əsasən, ciddi dağıntılar qeydə alınıb, lakin itkilərlə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Cənubi Pars kompleksi dünyanın ən böyük təbii qaz yataqlarından biri sayılır və İranın enerji strategiyasında mühüm yer tutur.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər