İsrail Suriyada Prezident Sarayı yaxınlığına zərbə endirib
İsrail Suriyanını Dəməşq şəhərinə hava zərbəsi endirib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə Prezident Sarayı yaxınlığındakı hədəf İsrailin hava hücumuna məruz qalıb.
Hücumun silahlı qrupları ilə Suriya təhlükəsizlik qüvvələri arasında olan toqquşmalar nəticəsində baş verdiyi bildirilir.
İsrail zərbələri ilə bağlı açıqlama verib:
“Dəməşqdə Prezident Sarayı yaxınlığındakı hədəfə hücum təşkil etdik. Dürzilərə qarşı heç bir təhdidə icazə verməyəcəyik”, – deyə İsrail tərəfindən yayımlanan birgə bəyanatda bildirilib.
Qeyd edək ki, druzlar Suriyada yaşayan etnik-dini azlıqdır. Münaqişə 28 apreldə sosial şəbəkələrdə yayılan və Hz. Məhəmmədə qarşı təhqiramiz ifadələr səsləndirilən səs yazısından sonra baş verən etirazlardan qaynaqlanıb. Əsas qarşıdurmalar druz silahlı qrupları ilə Suriya hökumətinə sadiq təhlükəsizlik qüvvələri arasında başlayıb. Bu toqquşmalar nəticəsində onlarla insan həlak olub.
İsrail hökuməti isə druz icmasını müdafiə etmək məqsədilə Dəməşq yaxınlığında yerləşən Sahnaya bölgəsində hava zərbələri həyata keçirib. İsrail Baş naziri Benyamin Netanyahu və Müdafiə naziri İsrael Katz bu əməliyyatı “açıq mesaj” olaraq qiymətləndirərək, Suriya rejimini druzlara qarşı hücumların qarşısını almağa çağırıblar.
Suriya hökuməti isə İsrailin bu müdaxiləsini ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirərək, “xarici müdaxiləni” rədd etdiyini bəyan edib. Ardınca druz qrupları ilə Suriya hökumət qüvvələri arasında toqquşmalar başlayıb, ən azı 13 təhlükəsizlik əməkdaşı həlak olub. İsrail isə hücumlara cavab olaraq Sahnaya bölgəsinə beş döyüş təyyarəsi ilə doqquz hava zərbəsi endirib.
Gülbəniz Səfərova