İsraildən husilərə və İrana sərt xəbərdarlıq: “Ağır zərbələr alacaqsınız”
İsrail Müdafiə naziri Katz Yəməndəki husilərə və onları dəstəkləyən İrana sərt xəbərdarlıq edib.
Patrulaz.az “Times of Israel”ə istinadən xəbər verir ki, Katz husilərin İsrailə qarşı raket və pilotsuz aparat hücumlarını davam etdirməsi halında onların ağır cavab zərbələri ilə üzləşəcəyini açıqlayıb. “Husilər bizə atəş açmağa davam edərlərsə, İsraildən ağır zərbələr alacaqlar. İsrail ordusu istənilən missiyaya hazırdır”, – deyə o bildirib.
Katz, eyni zamanda İranı da hədəf alaraq qeyd edib: “Vəkillik üsulu bitdi və şər oxu çökdü. Siz birbaşa məsuliyyət daşıyırsınız. Beyrutda Hizbullaha, Qəzzada Həmas, Dəməşqdə Əsəd və Yəməndə husilərə etdiklərimiz Tehranda da sizə ediləcək”.
Qeyd edək ki, bu bəyanat husilərin ABŞ vasitəçiliyi ilə əldə edilən atəşkəsin İsrailə qarşı hücumlara mane olmayacağını bildirməsindən bir gün sonra verilib.
Gülbəniz Səfərova