İsrailin hücumları nəticəsində İranda daha iki general həlak oldu
İranda İsrailin hücumları nəticəsində daha iki yüksək rütbəli hərbçi ölüb.
Patrulaz.az “Mehr News Agency”ə istinadən xəbər verir ki, iyunun 14-də İsrailin Tehrana hücumları zamanı İran Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxsləri general Mehdi Rəbbani və general Qulamrza Mehrabi həlak olublar.
Qeyd edək ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah Rəislərinin sədri general-mayor Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami Tehranda həlak olan yüksək rütbəli hərbçilər arasındadır.
Gülbəniz Səfərova