media-img_6434

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İstanbulda görüşü davam edərkən, sülh danışıqları ilə bağlı ilk açıqlamanı Rusiya prezidenti Vladimir Putin edib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya və ABŞ nümayəndə heyətləri ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun iqamətgahında görüşərək səfirliklərin fəaliyyətinə təsir edən məsələləri müzakirə ediblər. ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun Arnavutköydəki iqamətgahında başlayan görüş təxminən 6,5 saat davam edib. Görüşdən sonra Rusiya nümayəndə heyəti ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun iqamətgahını tərk edib, görüşlə bağlı açıqlama verilməyib. Görüşə yerli və xarici mətbuat nümayəndələri böyük maraq göstərib.


Bənzər xəbərlər