İzmirdə keçmiş həyat yoldaşının hücumuna məruz qalan qadın həyatını itirib
Türkiyənin İzmir şəhərində keçmiş həyat yoldaşının insan sağlamlığı üçün təhlükəli kimyəvi maddə ilə hücumuna məruz qalan qadın xəstəxanada apardığı 8 günlük həyat mübarizəsini uduzaraq vəfat edib.
Patrul.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,, hadisə zamanı anasını qorumağa çalışan 13 yaşlı qızı da ağır xəsarətlər alıb. Azyaşlının müalicəsi davam edir və onun həyatının təhlükə altında olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.






