media-e26fe53b-134a-4214-a23e-75c2b5b2f08d

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı ölkəsinin ərazisində casusluq fəaliyyəti aparmaqda ittiham edib.

Patrulaz.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Orban Macarıstan xüsusi xidmət orqanlarının Ukrayna agentlərinin fəaliyyətini sübut edən video yazılarla tanış olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər Macarıstan müxalifəti ilə əlaqəyə girərək, ictimai rəyi Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləməyə yönəltməyə çalışıblar.

“Onlar xüsusi xidmət orqanlarını səfərbər edərək, hökumətimizi maraqlarımıza zidd qərar qəbul etməyə məcbur etmək istəyirlər. Ukrayna bu məqsədlə ciddi maliyyə və texniki resurslar səfərbər edir”, – deyə baş nazir əlavə edib.

Qeyd edək ki, Macarıstanda Ukraynanın Aİ-yə qəbuluna dair referendum keçirilir. Eyni zamanda, iki ölkə arasında qarşılıqlı casusluq və diplomatların ölkədən çıxarılması ilə nəticələnən diplomatik qalmaqal yaşanır. Budapeşt Kiyevi referendumun legitimliyini sual altına almağa çalışmaqda ittiham edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər