media-a7dac030-ca9c-4ab9-8cc9-706f22bcee97

Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi və Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrində şagirdlərlə yol hərəkəti təhlükəsizliyinə dair silsilə maarifləndirmə işləri davam etdirilir.

Patrulaz.az xəbər verir ki, növbəti görüş 247 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri arasında keçirilib. Məktəbin həyətində hazırlanmış avtoşəhərcikdə baş tutan görüşdə polis əməkdaşları şagirdlərə yol hərəkəti qaydaları barədə müfəssəl məlumat veriblər.

Nəsimi rayonunda təhsil ilinin sonuna qədər bu tipli görüşlərin digər məktəblərdə də keçirilməsi nəzərdə tutulur.


Bənzər xəbərlər