media-img_6437

Məşhur müğənni Keti Perri kosmosa səyahət edəcək.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı iş adamı Jeff Bezosa məxsus aviasiya və kosmos şirkəti “Blue Origin” “NS-31”missiyası çərçivəsində həyata keçiriləcək və təxminən 10 dəqiqə davam edəcək kosmos səyahəti ilə bağlı açıqlama verib.

Açıqlamada, “New” adlı raketlə yazda reallaşması planlaşdırılan kosmos uçuşunda Bezosun nişanlısı Perrydən başqa, keçmiş jurnalist Lauren Sanchez, jurnalist Gayle King, NASA-nın keçmiş raket alimi Aisha Bowe, alim Amanda Nguyen və kinorejissor Kerianne Flynn də yer alacağı bildirilib.

Tarixlə bağlı məlumat paylaşılmayan açıqlamada sözügedən uçuşun “New Shepard” raketinin 11-ci insanlı uçuşu olacağı ifadə edilib.

Qeyd edək ki, “Blue Origin” şirkəti 2021-ci ildən etibarən kosmos turizmi çərçivəsində 10 dəqiqəlik ödənişli uçuşlar həyata keçirir.


Bənzər xəbərlər