media-img_6431

Misirin xarici işlər naziri Bədr Abdulati rusiyalı həmkarı Sergey Lavrov ilə Suriyadakı hadisələr və Qəzzanın yenidən qurulmasını müzakirə edib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Əbdüləti Rusiya xarici işlər naziri Lavrov ilə telefon danışığı keçirib.

Martın 4-də Qahirədə keçirilməsi planlaşdırılan Ərəb Liqası Zirvə toplantısına hazırlıqlara toxunan Abdulati Misirin Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəsin davam etdirilməsi üçün səylərini davam etdirdiyini bildirib. Suriya ilə bağlı Əbdüləti Misirin Suriya dövləti, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, Suriyanın regional sabitlik üçün vacib olduğunu vurğulayıb.


Bənzər xəbərlər