media-2ca062b7-1168-4bb3-b93e-9821eec50474

İsraildə Qüds yaxınlığında baş verən genişmiqyaslı meşə yanğınları hökumətin “milli fövqəladə vəziyyət” elan etməsinə səbəb olub.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 23 nəfər xəsarət alıb, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.

Yanğınlar nəticəsində Qüds-Təl-Əviv magistral yolu bağlanıb, minlərlə insan təxliyə olunub. İsrailin Magen David Adom xilasetmə agentliyi xəbərdarlıq edrərək bildirib ki, yüzlərlə mülki vətəndaş risk altındadır.

İsrailin baş naziri Benyamin Netanyahu isə vəziyyətlə bağlı açıqlama verib: “Biz indi təkcə yerli deyil, milli fövqəladə vəziyyətdəyik. Prioritetimiz Qüdsün müdafiəsidir”.

Qeyd edək ki, yüksək temperatur və güclü küləklər yanğının sürətlə yayılmasına səbəb olub. Xarici İşlər Nazirliyi yardım üçün Yunanıstan, Kipr, İtaliya və Xorvatiya ilə əlaqə saxlayıb. İtaliya və Xorvatiyadan üç yanğınsöndürən təyyarənin gələcəyi gözlənilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər