Paytaxt sakininin bazardan aldığı qara kişmiş sarı çıxıb - VİDEO
Paytaxt sakinin bazardan aldığı qara kişmiş sarı çıxıb.
Patrulaz.az-a verilən məlumata görə, qara kişmişlə bağlı ciddi şübhələrə düşən vətəndaş bildirib ki, kişmişin dadında kömür tamı hiss edib və bundan sonra məhsulu su ilə yuyub. Yuyulduqdan sonra isə suyun dibində qara rəngli maddənin çökdüyünü müşahidə edib. Məlum olub ki, əslində qara kimi satılan kişmişin rəngi sarıdır və süni şəkildə qaraldılıb.
Vətəndaş bunun insan sağlamlığı üçün təhlükəli ola biləcəyini düşünərək, məsələnin araşdırılmasını tələb edir.
Qida təhlükəsizliyi məsələləri ilə məşğul olan qurumların bu cür hallara qarşı ciddi nəzarət mexanizmləri tətbiq etməsi və bazarlarda satılan məhsulların keyfiyyətinə diqqət yetirməsi zəruridir. Əlavə olaraq, vətəndaşlar da aldıqları quru meyvələri istifadə etməzdən əvvəl yaxşıca yumağı və şübhəli hallarda AQTA-ya müraciət etmələri tövsiyə olunur.