media-inshot_20260514_110927169

Bu gün paytaxtın Suraxanı rayonunda kiçiktutumlu yük avtomobili yanıb.

Patrul.az xəbər verir ki, Aeroport şosesinin Ramana qəsəbəsindən keçən hissəsində – keçidin yanında avtomobil alovlanmağa başlayıb.

Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadası yanğını söndürüb. (Qafqazinfo)

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “Ford ” markalı yük avtomobilində baş vermiş yanğın söndürülüb.

media-6b22f069-d1e1-4b7a-98eb-92abd0b82669 media-hadissszz


Bənzər xəbərlər