Qaraçuxurda sərnişin avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib - FOTO - VİDEO
Bu gün saat 12:45 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində sərnişin daşıyan avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Patrul.az xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində bir neçə nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Toqquşma zamanı avtomobillərdə müxtəlif dərəcəli zədələr əmələ gəlib.
Hadisə yerinə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülərək nəqliyyatın hərəkəti tənzimlənib, qəzaya uğrayan nəqliyyat vasitələri isə evakuator vasitəsilə hadisə yerindən uzaqlaşdırılıb.
Xoşbəxtlikdən, hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.







