media-img_8882

Bloqer Rəfael Piriyev prokurorluğa çağırılıb.

Patrulaz.az xəbər verir ki, bu barədə İctimai TV-də məlumat verilib.

Müraciətdə qeyd olunur ki, Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən, 1986-cı il təvəllüdlü Rəfael Fizuli oğlu Piriyev mayın 2-də saat 12:00-da Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Onun 19 aprel 2019-cu il tarixdən 7 avqust 2019-cu il tarixinədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “YouTube” və “Facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.

Rəfael Fizuli oğlu Piriyev istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən onun barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bənzər xəbərlər