Rusiya ilə Ukrayna arasında rekord sayda məhbus mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsinin ilk mərhələsi həyata keçirilib.
Patrulaz.az “RT”yə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, mayın 17-də keçirilən mübadilə zamanı Moskva 270 hərbçi və 120 mülki vətəndaşını geri alıb.
Rusiya tərəfi bildirib ki, azad edilən şəxslər arasında ötən il Ukrayna qoşunlarının hücumu zamanı Kursk vilayətindən əsir götürülənlər də var. Hazırda geri qaytarılan rus vətəndaşları Belarusda yerləşdirilib.
Müdafiə Nazirliyi, həmçinin, rus əsgərlərinin və mülki şəxslərin avtobuslar qarşısında Rusiya və Sovet bayraqları ilə poza verdiyi görüntüləri yayımlayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski isə Telegram paylaşımında “mübadilənin birinci mərhələsinin” başa çatdığını təsdiqləyib. Onun sözlərinə görə, ümumilikdə 390 nəfər Ukraynaya qaytarılıb: “Mübadilə şənbə və bazar günləri də davam edəcək”,-deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, bu, mübadilə prosesi yaxın günlərdə də davam etdiriləcək.
Gülbəniz Səfərova