Rusiya müharibəni davam etdirmək üçün partlayıcı maddə istehsal edən zavod tikir
Rusiya Ukrayna ilə müharibəni davam etdirmək üçün Sibirdə yüksək partlayıcı maddə istehsal edən yeni zavod inşa edir.
Patrulaz.az “Reuters”ə istinadən xəbər verir ki, peyk görüntüləri və sənədlərə əsasən, Biysk şəhəri yaxınlığındakı BOZ zavodunda ildə 6,000 ton partlayıcı maddə istehsal olunacaq yeni xətt qurulur. Bu, Rusiyanın artilleriya və dron hücumlarını davam etdirməsi üçün kritik əhəmiyyət daşıyır.
Ekspert Tomas Klapoetke bildirib ki, bu istehsal Rusiyanın müdafiə qabiliyyətinə böyük fayda verəcək.
Qeyd edək ki, Rusiya təkcə 2024-cü ildə 2 milyon mərmi istehsal edib və əlavə olaraq 2,7 milyon mərmini Şimali Koreyadan alıb.
Gülbəniz Səfərova