Rusiya: Problemlər ABŞ-da keçmiş administrasiyaların dağıdıcı fəaliyyəti nəticəsində yaranıb
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ ilə məsləhətləşmələrin davam edəcəyinə və bunun etimadı gücləndirəcəyinə ümid etdiyini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib. Rusiya və ABŞ nümayəndə heyətləri arasında ikitərəfli münasibətlərin normallaşdırılması çərçivəsində səfirlik fəaliyyətləri ilə bağlı İstanbulda keçirilən görüşləri dəyərləndirən Zaharova bu görüşlərin ikitərəfli münasibətlərdəki problemlərin həlli üçün keçirildiyini bildirib.