media-f922aec6-41e3-4452-9235-567ed8535225

Böyük Britaniya Rusiyadan gələ biləcək mümkün hücum təhlükəsinə qarşı hazırlıqlara başlayıb.

Patrulaz.az “Daily Mail” istinadən xəbər verir ki, rəsmi London onilliklər əvvəl hazırlanmış fövqəladə vəziyyət planlarını yeniləməyə qərar verib. Hökumət 20 il əvvəlki “vətən müdafiəsi strategiyası”nın çağdaş müharibə reallıqlarına cavab verib-vermədiyini qiymətləndirir.

Bu addım Rusiya tərəfindən arta biləcək birbaşa hücum təhlükəsi və Britaniyanın həm mülki, həm də hərbi sahələrdə yetərsiz hazırlıq səviyyəsi ilə bağlı artan narahatlıqlar əsasında atılıb.

Təhlükəsizlik rəsmiləri ölkənin mümkün genişmiqyaslı qarşıdurmada zəif mövqedə ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Böyük Britaniyanın keçmiş maliyyə naziri Philip Hammond məsələ ilə bağlı deyib:
“Ölkə hazırda kütləvi şəkildə gücsüz vəziyyətdədir. Mülki əhalinin təhlükəyə qarşı hazırlıqlı olması üçün daha ciddi tədbirlər görülməlidir”.

Qeyd edək ki, yenilənən planın tərkibinə fövqəladə hallarda nazirlərin təhlükəsizliyi, kral ailəsinin təxliyəsi, milli təhlükəsizlik böhranlarında fövqəladə xidmətlərin koordinasiyası və kritik infrastruktur obyektlərinin, cümlədən qaz terminalları, sualtı kabellər, nüvə elektrik stansiyaları və nəqliyyat qovşaqlarının müdafiəsi daxildir

Gülbəniz Səfərova


Bənzər xəbərlər