media-img_2298

Rusiyanın Volqoqrad şəhərində yerləşən və İkinci Dünya Müharibəsi zamanı tikilmiş “Vətən çağırır” abidəsində kişi meyiti tapılıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən şəxs xatirə kompleksi çərçivəsində təşkil edilən bələdçili tur proqramında iştirak edən ziyarətçilərdən biri olub. Meyit abidənin başındakı kiçik otaqda taxta döşəmə skamyası qoyulmuş bölmədən tapılıb. Səlahiyyətlilər bu əraziyə yuxarıdan bir lyuk vasitəsilə daxil ola biləcəyini açıqlayıb.

Ölüm səbəbi hələ müəyyən edilməsə də, səlahiyyətlilər mərhumun müvazinətini itirərək yıxılması ehtimalını nəzərdən keçirir.

Məsələ ilə bağlı araşdırma aparılır.


Bənzər xəbərlər