media-hkh

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında sərbəst güləş üzrə millimiz daha iki qızıl medal qazanıb.

Patrulaz.az Demokrat.az xəbər verir ki, bu gün keçirilən final qarşılaşmalarında Azərbaycanı təmsil edən Rəvan Həsənzadə və Ruslan Əlizadə qələbə qazanaraq Avropa çempionu olublar.

48 kq çəki dərəcəsində çıxış edən Rəvan Həsənzadə həlledici görüşdə Ermənistan təmsilçisi Artak Ağabekyan üzərində 4:0 hesablı qələbə qazanıb.

55 kq-da mübarizə aparan Ruslan Əlizadə isə gərgin keçən görüşdə Rusiyalı Maxaç Abdullayevi 3:2 hesabı ilə məğlub edərək ən yüksək pilləyə qalxıb.

Hazırkı nəticələrə əsasən, Azərbaycan yığması ümumilikdə 7 medal qazanıb. 3 qızıl, 1 gümüş və 3 bürünc. Qızıl medalları Rəvan Həsənzadə (48 kq), Rihad İbrahimli (110 kq) və Əbdürrəhman Hüseynli (45 kq) əldə ediblər. Əli Nəzərov (60 kq) gümüş medala, Qurban Məcnunov (48 kq), Nicat Yeylaqalıyev (80 kq) və Nazrin Əhmədli (46 kq) isə bürünc medallara sahib olublar.

Qeyd edək ki, U-17 Avropa çempionatı iyunun 15-də başa çatacaq.

media-88d81204-3bbc-4924-a73e-4249fe488fad


Bənzər xəbərlər